14:10 10-11-2021
news_image
72
FUTBOL

Məhkəmə Benzemanın milli karyerasına təsir etməyəcək

Fransa yığmasının sabiq futbolçusu Matye Valbuenanın şantaj edilməsi ilə bağlı məhkəmənin nəticəsi Kərim Benzemanın milli karyerasına təsir göstərməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre açıqlayıb.

O bildirib ki, 33 yaşlı hücumçu heç bir halda millidən kənarlaşdırılmayacaq. Məhkəmənin məsələ ilə bağlı qərarı noyabrın 24-də açıqlanacaq.

Qeyd edək ki, Benzema 2015-ci ildə Valbuenanın şantaj olunması məsələsində vasitəçi olmaqda şübhəli bilinir. Bu hadisədən sonra Kərim 2021-ci ilədək yığmadan kənar qalıb.