14:30 10-11-2021
news_image
94
FUTBOL

“Liverpul” Niderland millisinin yarımmüdafiəçisindən əl çəkmir

İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Arno Danjuma Qruneveld karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Niderland millisinin Nigeriya əsilli yarımmüdafiəçi “Liverpul”un maraq dairəsinə düşüb.

Mersisaydlılar Niderland millisinin futbolçusunu hələ yayda heyətinə qatmağa cəhd edib. Lakin həmin vaxt Arno İspaniya klubuna keçib. Lakin liverpullular “Bornmut”dan “Vilyarreal”a keçən oyunçudan əl çəkmək istəmir.

Qeyd edək ki, Qruneveld cari mövsüm 15 oyunda 7 qol vurub.