15:09 10-11-2021
news_image
81
FUTBOL

Ramin Musayev: “Maraqlı oyunlar olacaq”

“Bu gün Azərbaycan kubokunun püşkatmasıdır. Bu münasibətlə klublarımızı təbrik edirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

Qurum rəhbəri Azərbaycan Kubokunda 2021/22 mövsümünün püşkatma mərasiminə qatılıb. O, fikrini bu sözlərlə davam etdirib: “Düşünürəm ki, bu il ötən mövsümdəkindən daha maraqlı oyunlar olacaq. Çempionatın gedişindən belə qənaətə gəlirəm. Elə oyunlar izləyirik ki, o matçların nəticələri gözlənilməz olur. Bunun davamı inşallah, kubokda da gələcək. Ötən mövsüm “Keşlə”nin kuboku qazanması heç kimin ağlına gəlməzdi”.