15:14 10-11-2021
news_image
842
FUTBOL

Samir Abasov istefa ərizəsini yazıb, ölkəni tərk edir

“Neftçi”nin baş məşqçisi Samir Abasov Cənubi Azərbaycanın “Traktor” klubunu çalışdıra bilər.

Apasport.az saytının məlumatına görə, Təbriz təmsilçisi 43 yaşlı mütəxəssisə təklif göndərib.

Bildirir ki, Abasov İran çempionatında işləməyə razılıq verib və yaxın günlərdə istefa ərizəsini "Neftçi" rəhbərliyinə təqdim etməyə hazırlaşır (sportlife.az).