15:20 10-11-2021
news_image
176
FUTBOL

PFL prezidenti: “Onlara peşəkar futbolçu demək olmur”

“Region Liqasındakı komandalar peşəkar sayılmadıqları üçün ölkə kubokuna qatılmırlar”.

Apasport.az saytının məlumatına görə, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev deyib.

O, Region Liqasında çıxış edən komandaların ölkə kubokuna qatılmamasına münasibət bildirib: “Onlara peşəkar futbolçu demək olmur. Birdən hansısa hadisə baş versəydi, kim cavabdeh olacaqdı? Təbii ki, kubokda komanda sayı çox olsa yaxşıdır. Torpaqlarımız artıq işğaldan azad edilib. İnşallah, o rayonlarımızda da komandalar yaradılacaq”.