00:00 11-11-2021
news_image
112
FUTBOL

“Real” üçün prioritet müqavilə

İspaniyanın “Real” klubu futbolçusu Eder Militao ilə müqaviləni uzatmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçinin heyətdə saxlanılması Madrid təmsilçisi üçün prioritet məsələdir.

Komandanın arxa xətinin liderlərindən birinə çevrilən Militao son 30 oyunun hamısında iştirak edib. 23 yaşlı cənubi amerikalının çıxışından məmnun qalan klub rəhbərliyi anlaşmanı uzatmaq üçün çalışır.

Qeyd edək ki, Militao 2019-cu ilin yayında “Porto”dan 50 milyon avroya transfer olunub. Onun müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.