22:15 10-11-2021
news_image
125
FUTBOL

Remsi “Roma”ya təklif olundu

İtaliyanın “Yuventus” klubu futbolçusu Aaron Remsiyə komanda axtarmaqda davam edir.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi uelsli yarımmüdafiəçini “Roma”ya təklif edib.

“Yuventus” oyunçusunu paytaxt klubuna pulsuz icarəyə verməyə hazırdır. Turinlilər hətta onun maaşının 60 faizini də ödəməyə razıdır.

Romalılar Remsinin mövsümün ikinci yarısında qazanmalı olduğu 4 milyon avroluq maaşının yalnız 1,5 milyonunu vermək niyyətindədir.

Qeyd edək ki, Remsi cari mövsüm 5 oyunda meydana çıxıb.