17:41 10-11-2021
news_image
631
FUTBOL

Canni de Byazi AFFA-nın ona əvəzləyici axtarmasına münasibət bildirdi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AFFA-nın ona əvəzləyici axtarmasına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı DÇ-2022-nin seçmə mərhələsinin Lüksemburqla qarşılaşması öncəsi təşkil olunan mətbuat konfransında türkiyəli mütəxəssislərlə danışıq aparması barədə sualı cavablandırıb.

De Byazi bunun öz işinə və futbolçularla münasibətinə nə dərəcədə təsir etdiyinə aydınlıq gətirib: “Bu baxımdan bəxtim gətirib ki, dili yaxşı bilmirəm, saytları, medianı izləmirəm. Öz işimi maksimum dərəcədə yerinə yetirməyə çalışıram. Heç kim bizim qrupda 1-ci, 2-ci və 3-cü yeri tutacağımızı gözləmirdi. İllüziyalarla yaşamırıq. Cavan oyunçulara səbir və inkişaf üçün vaxt lazımdır”.

Qeyd edək ki, de Byazinin AFFA ilə müqaviləsi bu ilin sonunda başa çatacaq.