18:02 10-11-2021
news_image
445
FUTBOL

“Səbail” baş məşqçisini göndərdi

"Səbail"də baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, Bakı klubu ikinci komandasının baş məşqçisi Ruslan Qafitulinlə yollarını ayırıb.

2018-ci ildən etibarən, "Səbail" Futbol Akademiyasının U-17 və U-19 komandalarında işləyən Qafitulin bu il "Səbail-2"nin “sükanı arxası”na keçmişdi. Klub və mütəxəssis arasında müqaviləyə vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə olunub.

Qeyd edək ki, “Səbail-2” I divizionda 6 oyunda 5 xal toplayıb. Komanda 13 iştirakçı arasında 11-cidir.