22:51 10-11-2021
news_image
308
FUTBOL

Millimiz “5” aldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Apasport.az saytının məlumatına görə, oyunları Lüksemburqda keçirilən 8-ci qrupun ilk oyununda yığmamız Belçika ilə görüşüb.

Elxan Abdullayevin yetirmələri oyuna yaxşı başlayaraq 27-ci dəqiqədə hesabı açıb. Lakin Mahmud Ağayevin qolu ilə önə keçən millimizin sensasiyaya gücü yetməyib.

Bu qoldan sonra yığma üzvlərinin sevinci çox sürməyib. Belçika millisinin sabiq ulduz futbolçusu Uesli Sonkun baş məşqçisi olduğu “qırmızı iblislər” buraxılan qoldan 10 dəqiqə keçməmiş iki qola sevinib. İki dəqiqəyə vurulan bu toplarla belçikalılar oyunda dönüş yaradıblar. Fasilədən sonra daha üç top buraxan millimiz avtoqola da üzülüb. Bununla da yığmamız seçmə mərhələyə böyükhesablı məğlubiyyətlə başlayıb – 1:5.

Qeyd edək ki, qrupun bu gün keçiriləcək digər oyununda Lüksemburqla İrlandiya üz-üzə gələcək.

AVRO-2022-nin seçmə mərhələsi
8-ci qrup, I tur
10 noyabr
21:00. Azərbaycan – Belçika – 1:5
Qollar:
Mahmud Ağayev, 27// Yohan Sent-Kir Bakayoko, 35, Tuur Rommens, 36, Mario Stroeykens, 70, Luka Oyen, 73, Süleyman Damadayev, 85 (avtoqol))
Uilts. Terrain Poetz stadionu