09:43 11-11-2021
news_image
168
FUTBOL

Poçettino dünyanın ən güclü çempionatını açıqladı

PSJ-nin baş məşqçisi Maurisio Poçettino dünyanın fiziki cəhətdən ən güclü çempionatını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis Fransa Liqa1-ni fərqləndirib.

O, komandasının mübarizə apardığı turniri digərlərindən fiziki baxımdan üstün olduğu qənaətindədir: “Məndə belə təəssürat yaranıb ki, bu liqa çox çətin, keyfiyyətlidir. Hesab edirəm ki, Liqa1 fiziki cəhətdən dünyanın ən güclü çempionatıdır. Burada ağlasığmaz dərəcədə istedadlar və əla məşqçilər var. Hər matçda əmin olursan ki, bütün komandalar istənilən oyunda qalib gələ biləcək səviyyədədir. Düşünürəm ki, bu liqa həqiqətən də yaxşı çempionatdır. Demək istəmirəm ki, Liqa1 İngiltərə Premyer Liqasından yaxşıdır. Amma burada oyunlar fiziki cəhətdən daha çox güc tələb edir, nəinki Premyer Liqada”.

Qeyd edək ki, Poçettino PSJ-yə qədər İngiltərədə “Tottenhem”i çalışdırıb.