12:36 17-09-2008
news_image
394
DİGƏR NÖVLƏR

Rusiya çempionu azərbaycanlıların qarşıdurmasında bəlli olacaq

Bakı. Kənan Həsənov - APA-Sport. Sabah Moskvada peşəkar boks gecəsi təşkil olunacaq. “APA-Sport”un məlumatına görə, yarışın əsas döyüşündə Rusiya çempionu müəyyənləşəcək. Maraqlıdır ki, bu döyüşdə iki azərbaycanlı boksçu üz-üzə gələcək. Rusiyada yaşayan həmvətənlərimiz, Xanlar Əzizovla Rauf Qarayev birinci orta çəki dərəcəsində Rusiya çempionu titulunun yeni sahibini müəyyənləşdirəcəklər. Boks gecəsi çərçivəsində daha iki görüşün keçirilməsi nəzərdə tutulub.