11:00 11-11-2021
news_image
81
FUTBOL

Cerrard Premyer Liqa klubu ilə anlaşır

“Reyncers”in baş məşqçisi Stiven Cerrard “Aston Villa”nın sükanı arxasına keçməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin sabiq kapitanı birmingemlilərlə danışığın son mərhələsindədir.

41 yaşlı mütəxəssisin “Reyncers”lə müqavilə müddətinin sonuna hələ iki il yarım qalsa da, şotlandlar onun gedişin mane olmayacaqlar. Çünki tərəflər arasında bununla bağlı razılıq var. Cerrardın hətta dünən klubun icazəsi ilə Londona yollandığı, “Aston Villa”nın oradakı ofisində rəhbərliklə görüşdüyü bildirilib.

Cerrard noyabrın 20-də “Brayton”la keçiriləcək oyundan əvvəl yeni komandasının sükanı arxasına keçə bilər. O, “Reyncers”dəki köməkçisi Qari Makallisteri də özü ilə aparacaq.

Qeyd edək ki, Aston Villa” baş məşqçi Din Smiti noyabrın 7-də istefaya göndərib.