15:17 14-11-2021
news_image
204
FUTBOL

Qovulmağına ən çox sevinən baş məşqçilər - SİYAHI

Klublardan ən çox təzminat alan məşqçilərin siyahısı yenilənib.

Apasport.az saytının məlumatına görə, Ronald Kuman “Barselona”dan istefaya göndərildikdən sonra ilk “10-luğ”a düşüb.

Kataloniya klubundan 11,7 milyon avroluq təzminat alan niderlandlı mütəxəssis 10-cu pilləni ələ keçirib. Lider isə 2018-ci ildə “Çelsi”dən qovulan və buna görə 30,6 milyon avro qazanan Antonio Kontedir. Joze Mourinyo karyerasında iki dəfə qovulmaqla 2-3-cü yerlərdə qərarlaşıb.

Ən çox təzminat alan baş məşqçilər:
1. Antonio Konte (“Çelsi” – 2018-ci il) – 30,6 milyon avro
2. Joze Mourinyo (“Mançester Yunayted” - 2018) – 22,9 milyon
3. Joze Mourinyo (“Çelsi” - 2007) – 21 milyon
4. Loran Blan (PSJ - 2016) – 19,8 milyon
5. Luis Felipe Skolari (“Çelsi” - 2009) – 15,9 milyon
6. Fabio Kapello (Rusiya millisi - 2015) – 15,6 milyon
7. Mauritsio Poçettino (“Tottenhem” - 2019) – 14,6 milyon
8. Andre Villaş-Boaş (“Çelsi” - 2012) – 14 milyon
9. Roberto Di Matteo (“Çelsi” - 2012) – 12,5 milyon
10. Ronald Kuman (“Barselona” - 2021) – 11,7 milyon