11:44 11-11-2021
news_image
191
FUTBOL

Millimizin finiş problemi

Bu gün Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində son oyununu keçirəcək.

Apasport.az saytının məlumatına görə, tarixinin 7-ci mundial arzusunu boşa verən yığmamız Lüksemburqla qarşılaşacaq.

Komandamız əvvəlki 6 cəhdinə nəzər salsaq, son matç 2 dəfə evdə, 4 dəfə səfərdə baş tutub. Milli heç vaxt finişdə qələbə qazanmayıb. 

DÇ-lərin seçmə mərhələlərinin son görüşlərində 2 heç-heçə və 4 məğlubiyyət var. Digər problem bütün finişlərdə qol buraxılmasıdır. Hətta heç-heçə bitən qarşılaşmalarda da komanda qapısında qol görüb. Məğlubiyyətlərdən üçü isə böyükhesablı olub. Üstəlik, Norveç və Almaniya yığmamıza 5 qol vurub.

DÇ-1998
11 oktyabr 1997. Sürix. DÇ. İsveçrə – Azərbaycan 5:0
DÇ-2002
7 oktyabr 2001. Stokholm. DÇ. İsveç – Azərbaycan 3:0
DÇ-2006
12 oktyabr 2005. Kardiff. DÇ. Uels – Azərbaycan 2:0
DÇ-2010
14 oktyabr 2009. DÇ. Bakı. Azərbaycan - Rusiya 1:1
DÇ-2014
15 oktyabr 2013. DÇ. Bakı. Azərbaycan - Rusiya 1:1
DÇ-2018
8 oktyabr 2017. DÇ. Kayzerslautern. Almaniya - Azərbaycan 5:1