12:28 11-11-2021
news_image
110
FUTBOL

Premyer Liqa tarixinin ən “qısaömürlü” baş məşqçiləri

İngiltərə Premyer Liqasının X turunda “Mançester Yunayted”ə evdə 0:3 hesablı məğlubiyyət Nuno Eşpirito Santonun 4 aylıq “Tottenhem” macərasına son qoyub.

Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis bununla Premyer Liqa tarixinin ən qısa müddət fəaliyyətdə olan baş məşqçilərindən birinə çevrilib.

124 gün postunda qalan Santo Premyer Liqa komandalarında ən az çalışan mütəxəssislər sırasında 12-ci pillədə qərarlaşıb. Bu yazıda da İngiltərə elitasında ən az müddət çalışan, yəni ən “qısaömürlü” məşqçilərini sıralayacağıq.

1. Les Rid - 41 gün
Klubu: “Çarlton”
Vəzifədə qaldığı gün: 41
Oyun sayı: 8
Orta hesabla hər oyunda toplanan xal: 0,50

2. Rene Meulenstin - 75 gün
Klubu: “Fulhem”
Vəzifədə qaldığı gün: 75
Oyun sayı: 17
Orta hesabla hər oyunda toplanan xal: 0,88

3. Frank de Bur - 77 gün
Klubu: “Kristal Pelas”
Vəzifədə qaldığı gün: 77
Oyun sayı: 5
Orta hesabla hər oyunda toplanan xal: 0,60

4. Bob Bredli - 84 gün
Klubu: “Suonsi”
Vəzifədə qaldığı gün: 84
Oyun sayı: 11
Orta hesabla hər oyunda toplanan xal: 0,73

5. Kike Sanşes Flores - 85 gün
Klubu: “Uotford”
Vəzifədə qaldığı gün: 85
Oyun sayı: 12
Orta hesabla hər oyunda toplanan xal: 0,83

6. Terry Connor - 91 Gün
Klubu: “Vulverhempton”
Vəzifədə qaldığı gün: 91
Oyun sayı: 13
Orta hesabla hər oyunda toplanan xal: 0,31

7. Kolin Todd - 98 gün
Klubu: “Derbi Kaunti”
Vəzifədə qaldığı gün: 98
Oyun sayı: 16
Orta hesabla hər oyunda toplanan xal: 0,88

8. Toni Adams - 106 gün
Klubu: “Portsmut”
Vəzifədə qaldığı gün: 106
Oyun sayı: 21
Orta hesabla hər oyunda toplanan xal: 0,86

9. Claudio Ranieri - 106 Gün
Klubu: “Fulhem”
Vəzifədə qaldığı gün: 106
Oyun sayı: 17
Orta hesabla hər oyunda toplanan xal: 0,71

10. Stiv Uiqli - 107 gün
Klubu: “Sauthempton”
Vəzifədə qaldığı gün: 107
Oyun sayı: 17
Orta hesabla hər oyunda toplanan xal: 0,88

11. Pepe Mel - 120 gün
Klubu: “Vest Bromviç”
Vəzifədə qaldığı gün: 120
Oyun sayı: 17
Orta hesabla hər oyunda toplanan xal: 0,88

12. Nuno Eşpirito Santo - 124 gün
Klubu: “Tottenhem”
Vəzifədə qaldığı gün: 124
Oyun sayı: 17
Orta hesabla hər oyunda toplanan xal: 1,65