14:17 11-11-2021
news_image
128
FUTBOL

Cerrardın Premyer Liqa klubuna keçidi rəsmiləşdi

İngiltərənin “Aston Villa” klubu yeni baş məşqçisi Stiven Cerrardla müqavilə imzalayıb.

Apasport.az saytının məlumatına görə, bunu Birminhem təmsilçisi açıqlayıb.

Premyer Liqa klubu 41 yaşlı ingiltərəli mütəxəssislə anlaşmanın müddətini göstərməyib. Lakin Böyük Britaniya mətbuatı öncədən tərəflərin 2,5 illik müqavilə bağlayacağını iddia edirdi. Cerrardın bunadək baş məşqçisi olduğu Şotlandiya “Reyncers”i ilə də razılıq əldə edən “Aston Villa”nın bunun üçün 2-3 milyon funt sterlinq ödədiyi də bildirilir.

Qeyd edək ki, 11 oyunda 10 xal toplayan “Aston Villa” 16-cı pillədə qərarlaşıb.