14:23 11-11-2021
news_image
202
FUTBOL

“Qəbələ” kəllə vuran futbolçusunu əvəzedici heyətə göndərdi

Birinci divizionun V turuna “Səbail”lə “Qəbələ”nin ikinci komandalarının oyunu ilə yekun vurulacaq.

Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın əsas heyətinin bir üzvü səfər matçında meydana çıxacaq.

Bu, yarımmüdafiəçi Ehtiram Şahverdiyevdir. Premyer Liqanın VII turunda “Zirə” ilə qarşılaşmadan sonra rəqibin müdafiəçisi Dmitrios Çantaikasa kəllə vurduğu üçün 4 oyunluq diskvalifikasiyaya məruz qalan 25 yaşlı futbolçu əvəzedici heyətə göndərilib. 

Qeyd edək ki, “Səbail-2” – “Qəbələ-2” oyunu saat 15:00-da başlayacaq.