17:17 11-11-2021
news_image
140
FUTBOL

Qol sayında Levandovskiyə həsəd aparan klublar

Son illərin ən böyük qolçusu, şübhəsiz ki, “Bavariya”nın hücumçusu Robert Levandovskidir.

Apasport.az saytının məlumatına görə, polşalı forvard möhtəşəm performansı sayəsində bu il “Qızıl top” mükafatına ən real namizəd hesab edilir.

Münhen klubunun 33 yaşlı “silah”ı 2020-ci il yanvarın 1-dən indiyə qədər düz 105 qola imza atıb. Bu isə “böyük beşlik” ölkələrində bəzi iddialı klubların həmin vaxtdan bəri vurduğu qol sayından da çoxdur. Həmin komandalardan 6-sı bunlardır:

“Marsel” - 102 qol
“Valensiya” - 102 qol
“Nitsa” - 100 qol
“Nyukasl” – 95 qol
“Torino” – 92 qol
“Vulverhempton” – 85 qol