15:04 11-11-2021
news_image
174
FUTBOL

Ançelotti “Lester”in futbolçusunu istəyir

“Lester”in yarımmüdafiəçisi Vilfred Ndidi karyerasını İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı futbolçu “Real”ın maraq dairəsindədir.

“Kral klubu”nun baş məşqçisi Karlo Ançelotti orta sahənin gücləndirilməsini istəyir. Təcrübəli mütəxəssis Nigeriya millisinin üzvünün onlara xeyir verəcəyini düşünür. Bu səbəbdən madridlilər qış “transfer pəncərəsi”ndə Ndidinin keçidini reallaşdırmağı planlaşdırır.

Qeyd edək ki, Vilfred Ndidi cari mövsüm “Lester”in heyətində 11 oyun keçirib.