17:33 11-11-2021
news_image
175
FUTBOL

5 illik yeni müqavilə, yoxsa “Barselona”ya keçid?

“Valensiya” müdafiəçisi Xose Qaya ilə müqavilə müddətini yeniləməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi 26 yaşlı oyunçunun uzun müddət komandada qalmasını istəyir.

“Yarasalar” İspaniya millisinin üzvünə 2023-cü ilin yayına qədər olan anlaşmasını daha 5 il uzatmağı təklif edib. Lakin Qaya cavab verməkdə tələsmir. Çünki o, “Barselona”nın da təklifini gözdən keçirdikdən sonra fikrini bildirəcək.

Qeyd edək ki, Xose Qaya bu mövsüm 9 oyunda 2 qol vurub, 2 məhsuldar ötürmə verib.