16:55 11-11-2021
news_image
206
FUTBOL

Öncə "Qarabağ", ardınca "Neftçi"

Premyer Liqada XI turun oyun cədvəli məlum oldu.

Apasport.az saytının məlumatına görə, tur 3 günü əhatə edəcək.

Milli komandaların oyunları ilə bağlı yaranan fasilə noyabrın 19-da başa çatacaq. Həmin gün "Qarabağ" "Keşlə"ni qonaq edəcək.

Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

19 noyabr (cümə)
“Qarabağ” – “Keşlə”

“Azersun Arena”, 19:00

20 noyabr (şənbə)
“Neftçi” – “Sabah”

“Bakcell Arena”, 18:15

“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 16:00

21 noyabr (bazar)
“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 16:00