22:08 11-11-2021
news_image
302
FUTBOL

Tellur “tarix” yazdı: Emrelini geridə qoydu

“Sumqayıt”ın futbolçusu Tellur Mütəllimov Azərbaycan millisinin tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, o, yığmanın heyətində ən erkən qırmızı vərəqə alan futbolçudur.

Tellur DÇ-2022-nin seçmə mərhələsinin hazırda davam edən Lüksemburqla qarşılaşmasının 21-ci dəqiqəsində meydandan qovulub. Onadək millinin heç bir oyunçusu belə erkən qırmızı vərəqə almayıb.

Mütəllimov komanda yoldaşı Mahir Emrelinin “rekord”unu qırıb. Hücumçumuz ötən ilin payızında 25-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub. Maraqlıdır ki, o da Lüksemburqla görüşdə belə aqibəti yaşayıb. Millətlər Liqasının 2020-ci il sentyabrın 5-dəki görüşdə qonaqlar 2:1 hesabı ilə qalib gəlib.