23:31 11-11-2021
news_image
230
FUTBOL

“Cırtdan”ın önündəki cırtdan – STATİSTİKA

DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan – Lüksemburq oyununun statistikaları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 3:1 hesablı qələbə qazanan “cırtdan” ölkə təmsilçisi bütün komponentlərdə millimizdən üstün olub.

Canni de Byazinin yetirmələri isə “cirtdan”lar önündə futbol cırtdanını xatırladıb. Qapı istiqamətindəki ümumi zərbə sayında üçqat üstünlük də bundan xəbər verir. 24 dəfə qapımızı nişan alan rəqib az qala hər 3-4 dəqiqədən bir qolkiperimizi həyəcanlandırıb. Topa nəzarət də nəzərəçarpandır.

Qollar – 1:3
Zərbələr – 8:24
Çərçivəyə - 2:6
Çərçivəyə düşməyən – 5:12
Bloklanan – 1:6
Tir, dirək – 1:1
Korner – 2:3
Ofsayd – 0:1
Topa sahibolma faizi – 40:60
Ötürmələr – 272:536
Dəqiq ötürmələr – 197:464
Sarı vərəqələr – 4:1
Qırmızı vərəqələr – 1:0
Qayda pozuntuları – 15:10