09:21 12-11-2021
news_image
164
FUTBOL

Mundialın 4-cü iştirakçısı

DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində XIII tura start verilib.

Apasport.az saytının məlumatına görə, ilk gündə 4 görüş keçirilib.

Çili Paraqvayı, Ekvador Venesuelanı 1 cavabsız qolla üstələyib – 1:0. Peru Boliviyadan 3 xalı 3 topla (3:0) alıb.

Braziliya millisi isə doğma arenasında Kolumbiya üzərində 1:0 hesablı qələbə qazandırıb. “Sambaçılar”ın yeganə qoluna 72-ci dəqiqədə Paketa imza atıb. Bu qalibiyyət sayəsində braziliyalılar ilk “dördlük”dəki, həmçinin final mərhələsinə vəsiqəni təmin edib.

Titenin yetirmələri Almaniya, Danimarka və ev sahibi Qətərdən sonra mundiala qatılacağı dəqiqləşən 4-cü komanda olub.

Hazırda 34 xalla turnir cədvəlinə başçılıq edən Braziliyanın ən yaxın izləyicisi Argentinanın aktivində 25 xal var. “Tanqoçular” turun son görüşü çərçivəsində sabah Uruqvayın qonağı olacaq.

Ekvador 3-cü (20 xal), Çili 4-cü (16 xal), Kolumbiya isə (16 xal) 5-ci yerdə qərarlaşıb. Ehtiyatında bir matçı olan Ehtiyatında bir görüş olan Uruqvayın da aktivində 16 xal var və komanda 6-cı pillədə yer alıb.