09:36 12-11-2021
news_image
125
FUTBOL

Şahruddin Məhəmmədəliyev Avropada həm 2-ci, həm də 4-cüdür

Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyev DÇ-2022-nin seçmə mərhələsində həm buraxılan qol, həm də seyv sayında liderlərdən biridir.

Apasport.az saytının məlumatına görə, milliləşən rusiyalı seyvlərinin sayını 44-ə çatdırıb.

Legionerimiz Lüksemburqla IX turun matçından (1:3) sonra Avropa zonasında 2-ci sıraya yüksəlib. O, San-Marinonun qapıçısı Elia Benedittiniyə çatıb. Hər iki qolkiper 44 qurtarış edib. Cədvələ Lixtenşteyn yığmasının baş məşqçisi Bencamin Buşel başçılıq edir. O, 57 seyvə imza atıb.

Maraqlıdır ki, ən çox top buraxanlar siyahısında da təxminən eyni adlardır. Benedittini hamıdan çox – 32, Buşel 28 dəfə qol buraxıb. Maltalı Henri Bonello  üç qapıçı da məhz bu qolkiperlərdir. Məhəmmədəliyev 18 top buraxmaqla Avropada 4-cüdür.