10:02 12-11-2021
news_image
269
FUTBOL

Ən sabit komanda – Azərbaycan yığması

Azərbaycan millisi dünyanın ən sabit yığması adına iddia edə bilər.

Apasport.az saytının məlumatına görə, yığmamız ardıcıl iki seçmə mərhələdə tamamilə eyni göstəricilərə imza atıb.

Belə nadir hadisəyə öz tarixində ilk dəfə nail olan komandamız üçün AVRO-2020 və DÇ-2022 arasında heç bir fərq olmayıb. 

Milli hər iki tsikldə sonuncu – 5-ci yeri tutub. Hər iki mərhələdə 8 oyunun heç birində qələbə qazanılmayıb.

Turnirlərin hər ikisində 1 heç-heçə və 7 məğlubiyyət qeydə alınıb. Komanda 1 xalı sabitliklə qoruyub.

Ən maraqlısı isə top fərqi də eyni olub. Yığma 5 qol vurub, 18-ni buraxıb.

Dəyişən yalnız baş məşqçilər olub. Nikola Yurçeviçi Canni de Byazi əvəzləsə də, heyətə bir az əl gəzdirsə də, nəticələrdəki sabitlik saxlanılıb.