09:49 12-11-2021
news_image
140
FUTBOL

“Sabah”ın baş məşqçisi Leonid Slutskidən dərs almağa getdi

“Sabah”ın baş məşqçisi Murad Musayev “Pro” kateqoriyalı məşqçi kursuna qatılıb.

Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasında yaranan fasilədən istifadə edən gənc mütəxəssis Rusiya Futbol İttifaqının təşkil etdiyi seminarda iştirak edib.

İttifaqın akademiyasında baş tutan tədbirə “Rubin”in baş məşqçisi Leonid Slutski rəhbərlik edib. Seminara qatılanlar arasında Aleksandr Kerjakov, Vasili və Aleksey Berezutski qardaşları, Sergey İqnaşeviç və Roman Şaronov kimi tanınmış simalar da olub.

Qeyd edək ki, “Sabah” yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında bir oyun keçirib. Komanda Premyer Liqanın X turunda “Zirə” ilə heç-heçə edib (3:3).