10:14 12-11-2021
news_image
135
FUTBOL

Almaniyadan qol yağışı: 52 ildən sonra

Almaniya millisi dünya çempionatlarının seçmə mərhələlərində 52 ildən sonra 9 və ya daha çox top fərqilə qalib gəlib.

Apasport.az saytının məlumatına görə, DÇ-2022-yə vəsiqəni təmin edən Hans Flikin yetirmələri Lixtenşteynlə formal qarşılaşmada qol yağışına imza atıb.

Bundestim cırtdanları 9:0 hesabı ilə darmadağın edib. Almaniyanın mundial yolunda son belə qələbəsi 52 il əvvəl qeydə alınıb.

DÇ-1970-in seçmə mərhələsində AFR adlanan komanda Kipri 12:0 hesabı ilə üstələyib. Bu görüş 1969-cu il mayın 21-də baş tutub.