12:33 12-11-2021
news_image
159
FUTBOL

2 futbolçumuz Avropanın 100 ən yaxşısı sırasında

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində futbolçuların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, seçmə mərhələnin ən yaxşı avropalısı Kilian Mbappedir.

Fransa millisinin hücumçusu 231 xala malikdir. Gənc forvardı komanda yoldaşı Kərim Benzema izləyir. Onun aktivində 162 xal var. İlk “üçlüy”ü ispaniyalı Mikel Oyarzabal qapayır - 161 xal.

Azərbaycan millisinin iki futbolçusu “Top-100”də yer alıb. Yığmamızın ən yaxşısı Emin Mahmudovdur. Yarımmüdafiəçimiz 62 xalla Avropada 63-cüdür.

Qara Qarayev də qitənin 100 ən yaxşısı sırasındadır. O, 56 xalla 87-ci sırada yer alıb.

Qeyd edək ki, millimizin üzvləri arasında 3-cü olan Anton Krivotsyuk 42 xalla 183-cüdür.