13:32 12-11-2021
news_image
110
FUTBOL

“Barselona”ya 100 milyonluq sponsor

İspaniyanın “Barselona” klubu yeni titul sponsoru ilə anlaşmağa yaxındır.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisinə Səudiyyə Ərəbistanından olan şirkət sponsorluq edə bilər.

Adı açıqlanmayan tərəfdaş “Barselona”ya ildə 100 milyon avro ödəməyə hazırdır. Lakin klub rəhbərliyində təklifi qəbul etməklə bağlı fikir ayrılığı mövcuddur.

Qeyd edək ki, klubun indiki sponsoru “Rakuten”lə müqavilə 2022-ci ilin yayında başa çatacaq. Bu şirkət kluba ildə 30 milyon avro ödəyir.