12:26 14-11-2021
news_image
101
FUTBOL

Sülh günü

Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

Apasport.az saytının məlumatına görə, yığmamız Qətərlə yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Bu, komandanın tarixinə noyabrın 14-dəki üçüncü matç kimi düşəcək. İndiyədək bu tarixdə iki qarşılaşma baş tutub. Hər iki oyun heç-heçə başa çatıb.

Sülh günündəki üçüncü sınaq Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Görüş saat 21:00-da başlayacaq.

4 noyabr 2012. DÇ. Belfast. Şimali İrlandiya - Azərbaycan - 1:1
14 noyabr 2020. UML. Zapreşiç. Azərbaycan - Monteneqro - 0:0