14:05 12-11-2021
news_image
94
FUTBOL

Serxio Aquero karyerasını bitirir?

“Barselona”nın hücumçusu Serxio Aquero karyerasını başa vura bilər.

Apasport.az saytının məlumatına görə, son tibbi testlər argentinalı forvardın ürəyindəki problemlərin düşünüləndən daha ciddi olduğu aşkarlanıb.

33 yaşlı oyunçunun ürək ritmi peşəkar futbola uyğun hesab edilmir. Klubun həkimləri bu barədə futbolçunun özünü məlumatlandırıblar. Ayın əvvəlində “Alaves”lə matçın 51-ci dəqiqəsində sinəsində ağrı hiss etdiyi üçün xəstəxanaya aparılan ulduz futbolçunun 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi. Lakin ürəyindəki problemlər onun karyerasını təhlükəyə atıb.

Qeyd edək ki, yay fasiləsində “Barselona”ya “Mançester Siti”dən azad agent kimi keçən və 2 illik müqavilə imzalayan Serxio Aquero cari mövsüm 5 oyunda 1 qol vurub.