15:03 12-11-2021
news_image
629
FUTBOL

Yığmamızın tarixində belə FİASKO olmamışdı

Azərbaycan millisi tarixində 4-cü dəfə seçmə mərhələni qələbəsiz başa vurub.

Apasport.az saytının məlumatına görə, yığmamız DÇ-2022-dəki 8 oyunda qalib gəlməyib.

Canni de Byazinin yetirmələri tsikli 1 heç-heçə və 7 məğlubiyyətlə bitirib. Bu, komandanın tarixində 4-cü qələbəsiz seçmə mərhələdir. Milli iki dəfə dünya, iki səfə Avropa çempionatına vəsiqə uğrunda mübarizədə bu uğursuzluğu yaşayıb.

Lakin bu dəfəki fiasko ilklə də əlamətdardır. Yığma heç vaxt ardıcıl iki seçmə mərhələdə həsrət yaşamamışdı. Bu dəfə isə AVRO-2020 və DÇ-2022 ardıcıl qələbəsizliklə nəticələndi. Düzdür, iki seçmə mərhələ arasında Millətlər Liqasının aşağı – 3-cü dərəcəli liqasındakı oyunlar da olub. Lakin söhbət seçmə mərhələlərdən gedirsə, ardıcıl iki tiskldir qələbəni unutmuşuq.

Qələbəsiz seçmə mərhələlər:
AVRO-1996 (10 oyun)
DÇ-2006 (10 oyun)
AVRO-2020 (8 oyun)
DÇ-2022 (8 oyun)