15:37 12-11-2021
news_image
85
FUTBOL

Salah ən yaxşı seçildi

İngiltərə Premyer Liqasında ayın oyunçusu açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Liverpul”un hücumçusu Məhəmməd Salah oktyabrın ən yaxşısı seçilib.

29 yaşlı misirli ötən ayın 4 oyununda 5 qol vurub və 4 assistə imza atıb. “Mançester Yunayted”lə qarşılaşmanın (5:0) qəhrəmanı het-trik müəllifi olub.

Afrikalı forvard ən yaxşı adına digər namizədləri arxada qoyub. Bunlar Ben Çiluell (“Çelsi”), Maksvell Korne (“Bernli”), Filip Foden (“Mançester Siti”), Valentino Livramento (“Sauthempton”), Aaron Ramsdeyl (“Arsenal”), Deklan Rays (“Vest Hem”) və Yuri Tilemans (“Lester”) idi.

Qeyd edək ki, sentyabrın ən yaxşısı “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo olub.