15:53 12-11-2021
news_image
149
FUTBOL

Millini DÇ-yə çıxarmayan italiyalı baş məşqçi qərarını verdi

İtaliya millisinin sabiq baş məşqçisi Campaolo Ventura karyerası başa vurub.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis bu qərarı 73 yaşında verib.

“Torino”, “Napoli”, “Venetsiya”, “Udineze” kimi klubları çalışdırmış Ventura millidə fiasko yaşayıb. Yığma pley-offda uduzaraq DÇ-2018-i çıxa bilməyib. Bu, 1958-ci ildən sonra ilk belə uğursuzluq olub.

Qeyd edək ki, Venturanın ən böyük uğuru komandalarını A seriyasına çıxarmaq olub. O, “Leççe”, “Kalyari” və “Torino”da bunu bacarıb.