16:49 12-11-2021
news_image
80
FUTBOL

Tuxel hamını qabaqladı

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Tomas Tuxel 4 mütəxəssis arasında ən yaxşı seçilib.

“Çelsi”nin çalışdırıcısı səsvermə zamanı Yurgen Klopp (“Liverpul”), Devid Moyes (“Vest Hem”) və Patrik Vieyranı (“Kristal Pelas”) qabaqlayaraq ötən ayın ən yaxşısı adına layiq görülüb. London təmsilçisi Tuxelin rəhbərliyi altında oktyabrda keçirdiyi 4 çempionat matçının hamısında qələbə qazanıb.

Qeyd edək ki, Premyer Liqada oktyabrın ən yaxşı futbolçusu “Liverpul”un hücumçusu Məhəmməd Salah seçilib.