00:32 13-11-2021
news_image
140
FUTBOL

“Liverpul”un müdafiəçisinə görə ən güclü rəqib: “O, böyük fərqlə ən yaxşısıdır”

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold İngiltərə Premyer Liqasında qarşılaşdığı ən güclü rəqiblə bağlı sualı cavablandırıb.

Apasport.az saytının məlumatına görə, İngiltərə millisinin üzvü hazırda “Real”ın formasını geyinən Eden Azarı fərqləndirib.

Trentin fikrincə, belçikalı “Çelsi”də çıxış etdiyi zaman onu dayandırmaq çox çətin idi: “Bu, məhz Eden Azardır. O, böyük fərqlə ən yaxşısıdır. Kevin De Bruynenin də adını çəkə bilərsiniz. Amma birbaşa rəqibim kimi Azar ən yaxşısı idi. Sürəti, çevikliyi var, nə edəcəyini bilir, topla və topsuz çox ağıllıdır. O, sadəcə inanılmazdır”.

Qeyd edək ki, Eden Azar “Real”a “Çelsi”dən 2019-cu ildə keçib. Trent Aleksander-Arnold isə bu mövsüm Premyer Liqada 9 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə verib.