17:25 12-11-2021
news_image
82
FUTBOL

Albiolla yeni müqavilə

İspaniyanın “Vilyarreal” klubu futbolçusu Raul Albiolla müqaviləni uzadıb.

Apasport.az saytının məlumatına görə, bunu La Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

36 yaşlı müdafiəçi ilə yeni anlaşma 2023-cü ilin yayına qədər nəzərdə tutulub. İspaniyalı arxa xətt oyunçusu 2019-cu ildən çıxış etdiyi komandada daha 2 il oynayacaq.

Qeyd edək ki, Albiol cari mövsümdə 13 matça çıxıb.