18:35 12-11-2021
news_image
129
FUTBOL

Emiliano Salanın uçuşunu təşkil edən iş adamı həbs olundu

Mərhum futbolçu Emiliano Salanın ölümü ilə nəticələnən uçuşun təşkilatçısı David Hendersonla bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, iş adamı bu gün məhkəmə qarşısına çıxıb.

67 yaşlı Henderson Salanın ölümünə yox, yaxın aylarda bir təyyarənin təhlükəsizliyini təmin etməməkdə günahlandırılırdı. Günahı sübuta yetirilən biznesmenin 18 ay azadlıqdan məhrum edilməsi qərara alınıb.

Qeyd edək ki, Emiliano Salanın təyyarəsi 2019-cu ildə qəzaya uğramış, argentinalı həlak olmuşdu.