23:06 12-11-2021
news_image
145
FUTBOL

Millimizi darmadağın edən məşqçi oyunun çətin keçdiyini dedi

“Bizim üçün çətin oyun oldu”. 

Apasport.az saytının məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə qarşılaşan Avstriya yığmasının baş məşqçisi Verner Qreqorits deyib.

Təcrübəli mütəxəssis AVRO-2023-ün seçmə mərhələsinin “Bakcell Arena”da keçirilən görüşündəki matç barədə fikirlərini açıqlayıb: “Rəqib oyunda çox yaxşı müdafiə olunurdu. İkinci hissədə oyuna diqtə edən tərəf biz olduq və nəticədə inamlı qələbə qazandıq”.

Qeyd edək ki, Avstriya millisi Bakıdakı oyunda 3:0 hesablı qələbə qazanıb.