09:40 13-11-2021
news_image
1246
FUTBOL

AFFA Samet Aybaba ilə anlaşdı

Azərbaycan millisinin baş məşqçi postu türkiyəli Samet Aybabaya tapşırılacaq.

Apasport.az saytının məlumatına görə, bu iddia ilə Türkiyənin "Milliyet" nəşri çıxış edib.

Bildirilib ki, müqavilə müddəti başa çatmaq Canni de Byazi ilə yollarını ayıracaq AFFA-nın bu vəzifəyə əsas namizədi məhz Aybabadır. Hətta tərəflər arasında görüşün olduğu və böyük ölçüdə anlaşma əldə edildiyi də vurğulanıb.

Qeyd edək ki, Samet Aybaba ötən mövsüm “Adana Dəmirspor”u Super Liqaya daşımağı bacarıb.