10:26 13-11-2021
news_image
85
FUTBOL

Harri Keyndən “mükəmməl het-trik”lə ilk

DÇ-2022-nin seçmə mərhələsinin IX turunda Albaniya ilə keçirilən oyun İngiltərə millisinin hücumçusu Harri Keyn üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “Dumanlı Albion” təmsilçisinin 5:0 hesablı qələbəsinə het-triklə töhfə verib.

Qollardan birinə sağ, birinə sol ayaqla, birinə isə başla imza atan Keyn 28 ildən sonra “mükəmməl het-trik” müəllifi olan ilk ingilis olub. Sonuncu dəfə 1993-cü ildə San Marino ilə qarşılaşmada Devid Platt “mükəmməl het-trik”ə imza atıb.

Qeyd edək ki, İngiltərə yığması son tur öncəsi 23 xalla I qrupuna liderlik edir.