16:16 13-11-2021
news_image
114
FUTBOL

“Barselona”da ən azı 100 oyun keçirən braziliyalılar - ADLAR

“Barselona”nın heyətində 100 və daha çox oyun keçirən braziliyalı futbolçuların adları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, son olaraq Filipp Koutinyo bu siyahıya qoşulub.

“Sambaçı” İspaniya La Liqasının XII turunda “Alaves”lə qarşılaşmada meydana çıxmaqla kataloniyalılarda 100-cü oyununu keçirib.

“Barsa” formasını ən çox geyinən futbolçu yenidən komandaya qayıtmağa hazırlaşan müdafiəçi Dani Alveşdir. 38 yaşlı müdafiəçi daha 9 matça çıxarsa, 400-cü dəfə La Liqa təmsilçisinin formasını geyinmiş olacaq. 

Karyerasını davam etdirənlərdən ilk “10-luq”da qərarlaşan digər sima Neymardır. Lakin o, PSJ-nin şərəfini qoruyur.

1. Dani Alveş - 391 oyun
2. Rivaldo - 235
3. Ronaldinyo - 207
4. Adriano - 189
5. Neymar - 186
6. Evaristo de Makedo - 151
7. Silvinyo - 128
8. Covanni - 107
9. Yuliano Belletti - 102
10. Filipp Koutinyo - 100