14:15 13-11-2021
news_image
103
FUTBOL

Xavi tapşırıq verdi, müqavilə yenilənir

“Barselona” yarımmüdafiəçisi Qavi ilə müqaviləni yeniləyəcək.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun yeni baş məşqçisi Xavi Ernandes rəhbərliyə 17 yaşlı futbolçu ilə uzunmüddətli sözləşmə imzalamaq tapşırığı verib.

Gənc oyunçunun təmsilçiləri ilə danışıqlar artıq son mərhələdədir. İspaniya millisinin üzvü özü də komandada qalmaq arzusundadır. Yeni sözləşməyə əsasən, Qavinin məvacibi ildən-ilə artırılacaq.

Qeyd edək ki, Qavi bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 15 oyun keçirib, 1 qol ötürməsi verib.