14:52 13-11-2021
news_image
109
FUTBOL

XXI əsrdə ən çox xal toplayan baş məşqçilər - SİYAHI

XXI əsrdə ölkə çempionatlarında komandası ən çox xal qazanan baş məşqçilərin siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə ilk “10-luq” göstərilib.

Hazırda “Real”ın sükanı arxasında olan Karlo Ançelotti bu baxımdan liderdir. Onun çalışdırdığı komandalar 2001-ci ildən bəri keçirdiyi 707 çempionat matçında 1437 xal toplayıb. Ümumilikdə ilk “10-luq”dakı mütəxəssislərdən yalnız ikisi - Arsen Venger və Aleks Ferqyuson hazırda klubsuzdur.

1. Karlo Ançelotti
Oyun sayı: 707
Qazandığı xal: 1437
Ölkə çempionluğu: “Milan” - 2003/04, “Çelsi” - 2009/10, PSJ - 2012/13, “Bavariya” - 2016/17

2. Arsen Venger
Oyun sayı: 702
Qazandığı xal: 1381
Ölkə çempionluğu: “Arsenal” - 2001/02, 2003/04

3. Joze Mourinyo
Oyun sayı: 562
Qazandığı xal: 1194
Ölkə çempionluğu: “Porto” - 2002/03, 2003/04, “Çelsi” - 2004/05, 2006/07, 2014/15, “İnter” - 2008/09, 2009/10, “Real” - 2011/12

4. Aleks Ferqyuson
Oyun sayı: 513
Qazandığı xal: 1132
Ölkə çempionluğu: “Mançester Yunayted” - 1999/2000, 2000/01, 2002/03, 2006/07, 2007/08, 2008/09, 2010/11, 2012/13

5. Pep Qvardiola
Oyun sayı: 454
Qazandığı xal: 1096
Ölkə çempionluğu: “Barselona” – 2008/09, 2009/10, 2010/11, “Bavariya” – 2013/14, 2014/15, 2015/16, “Mançester Siti” – 2017/18, 2018/19, 2020/21

6. Yurgen Klopp
Oyun sayı: 570
Qazandığı xal: 1055
Ölkə çempionluğu: “Borussiya” (Dortmund) - 2010/11, 2011/12, “Liverpul” – 2019/20

7. Rafael Benites
Oyun sayı: 574
Qazandığı xal: 1014
Ölkə çempionluğu: “Valensiya” - 2001/02, 2003/04

8. Klod Puel
Oyun sayı: 706
Qazandığı xal: 1011
Ölkə çempionluğu: “Monako” - 1999/2000

9. Klaudio Ranyeri
Oyun sayı: 594
Qazandığı xal: 998
Ölkə çempionluğu: “Lester” – 2015/16

10. Manuel Pelleqrini
Oyun sayı: 551
Qazandığı xal: 954
Ölkə çempionluğu: “Mançester Siti” - 2013/14