16:43 13-11-2021
news_image
380
FUTBOL

Azərbaycanlı futbolçu Türkiyə vətəndaşlığını qəbul edir - FOTO

Artıq xeyli müddətdir “Alanyaspor”da olan həmyerlimiz Vüqar Bağırova Türkiyə vətəndaşlığı təklif olunub.

Apasport.az saytı xəbər verir ki, bu barədə məlumatı “sportinfo”ya futbolçunun anası Elnarə xanım verib.

Futbolçunun valideyni bildirib ki, bu barədə xeyli müddətdir söhbət getsə də, qərar verməkdə tərəddüd edirmiş. Nəhayət, oğlunun Türkiyə vətəndaşlığını qəbul etməsinə qərar verib.
Qardaş ölkənin Xarici İşlər Naziri Mevlut Cavuşoğlunun qardaşı Hasan Çavuşoğlunun sahibi olduğu “Alanyaspor” Vüqarın vətəndaşlıq almaq məsələsini yaxın zamanda yoluna qoyacaq. Bu baş verdikdən sonra həmyerlimiz gələcəkdə həmin ölkədə legioner sayılmayacaq. Və bir çox digər məsələlərdə işi asanlaşacaq.
Elnarə xanımın dediyinə görə, oğlu Türkiyə vətəndaşlığını qəbul etsə də, gələcəkdə Azərbaycan millisinin şərəfini qorumaqda maraqlıdır.

2006-cı ilin dekabrında dünyaya gələn Bağırov Azərbaycanın U-16 millisinə cəlb olunur.

O, vaxtilə “Qarabağ”la “Neftçi”nin şərəfini qoruyub, ilyarım Gürcüstanda “Saburtalo” komandasında çıxış edib. Hazırda “Alanyaspor”un U-16 komandasının formasını geyinir və anası ilə birgə Türkiyədə yaşayır.