17:25 13-11-2021
news_image
161
FUTBOL

Emin Mahmudov: “Hər oyunda uduzmaq bizə də xoş deyil”

“Milli ilə bağlı sosial şəbəkələrdə bizə yazırlar, narazılıq bildirirlər”.

Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan millisinin futbolçusu Emin Mahmudova məxsusdur.

29 yaşlı yarımmüdafiəçi sabah Bakı Olimpiya Stadionunda Qətərlə keçiriləcək yoldaşlıq görüşü öncəsi mətbuat konfransına qatılıb.

Orta sahə oyunçusu DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqla (1:3) matçdan sonra komandanın oyuna hazırlığından danışıb. Mahmudov ardıcıl məğlubiyyətlərin onları narahat etdiyini söyləyib: “Hər oyunda uduzmaq bizə də xoş deyil. Çoxdandır qalib gələ bilmirik. Futbolumuz inkişaf eləsə, biz də inkişaf etməliyik. Səbəb bir deyil”.