22:05 13-11-2021
news_image
140
FUTBOL

PSJ-nin argentinalısı qərarını verdi

PSJ-nin hücumçusu Mauro İkardi gələcəyi ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə. Argentina millisinin üzvü komandadan ayrılmaq istəyir.

Ulduz futbolçu, xüsusən də, həmyerlisi Lionel Messinin gəlişindən sonra Paris klubundakı mövqeyindən razı deyil. 28 yaşlı forvard ehtiyat oyunçu hesab olunur ki, bu da onun ürəyincə deyil. İkardi üçün prioritet variant İtaliyaya qayıtmaqdır. “İnter”in sabiq oyunçusu “Yuventus” və “Milan”ın maraq dairəsindədir.

Qeyd edək ki, Mauro İkardi bu mövsüm 14 matçda cəmi 656 dəqiqə meydanda olub, 3 qol vurub.