14:00 14-11-2021
news_image
162
FUTBOL

Azərbaycan – Qətər: Kim qalib gələcək?

Azərbaycan millisinin Qətərlə keçirəcəyi yoxlama oyununun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Bakıda təşkil olunacaq görüşdə qonaqları favorit hesab edir.

Bu gün baş tutacaq matçda Azərbaycanın qələbəsi 3,30, rəqibin qalib gəlməsi 2,16 əmsaldır. Matçda heç-heçəyə 3,34 əmsal verilib.
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.